Britaniyalı atlet dünya rekorduna imza atıb

20.02.2026

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Britaniyalı yüngül atlet Kili Hockinson Fransanın Lyeven şəhərində keçirilən "World Athletics Indoor Tour Gold" seriyasında 800 metr məsafəyə qaçışda qısa trek üzrə yeni dünya rekorduna imza atıb.

"Report" "World Athletics"in rəsmi saytına istinadən xəbər verir ki, 23 yaşlı olimpiya çempionu məsafəni 1:54.87 saniyəyə qət edib.

Tarixi nəticəyə imza atan idmançı sloveniyalı İolanda Çeplakın 2002-ci il martın 3-də müəyyən etdiyi əvvəlki rekordu 0,95 saniyə yeniləyib.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью