Britaniyalı ekspert: Dünya ölkələri bərpaolunan enerji mənbələrinə keçid məsələsində Azərbaycandan nümunə götürməlidir

03.06.2025

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 3 iyun, AZƏRTAC

Ənənəvi yanacaqlardan bərpaolunan enerji mənbələrinə keçid bəzi tərəflərin biznes maraqlarına və bəzi ölkələrin iqtisadi vəziyyətinə görə ləngiyir.

Bu sözləri AZƏRTAC-a açıqlaması zamanı yaşıl enerji və ətraf mühit üzrə britaniyalı ekspert Tobi Qreqori söyləyib.

“Buna baxmayaraq, biz Azərbaycan və BƏƏ kimi neftlə zəngin ölkələrin bərpaolunan enerji mənbələrinə keçidinə sadiq qalmalarını müşahidə edirik. Bu keçid baş tutmalıdır və dünya ölkələri bu məsələdə Azərbaycandan nümunə götürməlidirlər. Mən Azərbaycan Prezidentinin çıxışını canlı izlədim. Bunu deyə bilərəm ki, cənab Prezident Azərbaycanın bərpaolunan enerji mənbələrə keçidlə bağlı mövqəyini, gələcək planları və hədəflərini çox aydın şəkildə ifadə edib. Biz bu cür şəffaf yanaşmanı bütün ölkə liderlərdən görməliyik”, - deyə Tobi Qreqori vurğulayıb.

O qeyd edib ki, keçidin uğurla tamamlanması üçün birgə əməkdaşlıq olduqca zəruridir.

Ekspert Azərbaycanın iqtisadi və siyasi kursunu heyranedici adlandıraraq vurğulayıb ki, ölkəmiz öz neft gəlirlərindən düzgün istifadə edir və yaşıl gələcəyə doğru addımlayır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью