Britaniyalı gənc süni intellektin məsləhəti ilə anasını çəkiclə öldürüb

27.03.2026

Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Süni intellekt 18 yaşlı britaniyalı Tristan Robertsə anasını çəkiclə öldürməyi "məsləhət görüb".

Oxu.Az "LADBible" saytına istinadən xəbər verir ki, hadisə ötən ilin oktyabrında baş verib.

Qatil ömürlük həbs cəzasına məhkum edilib.

Qadının meyiti Prestatində yerləşən Morfa qoruğunda aşkar olunub. Müşahidə kameralarının görüntüləri əsasında polis qadının evdən oğlu ilə birlikdə çıxdığını müəyyən edib.

İstintaq zamanı məlum olub ki, Roberts qətli törətmək üçün süni intellekt əsaslı çatbotdan məsləhətlər almağa çalışıb və ona silah kimi çəkicdən istifadə etməsi tövsiyə olunub. O, suallarını "kitab üçün araşdırma" kimi təqdim edib və sonradan təqsirini boynuna alıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью