Britaniyalı nazir: Bakıdakı mesajımız aydındır AZƏRTAC | Icma.az
Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakı, 18 noyabr, AZƏRTAC Ticarət təkcə inkişafın deyil, həm də iqlim dəyişikliyi ilə mübarizənin əsas amillərindən biridir.
Bu barədə Böyük Britaniyanın ticarət siyasəti üzrə dövlət naziri Douqlas Aleksandr COP29-la bağlı paylaşdığı videoda deyib.
Ötən həftə COP29-da iştirak etmək üçün Bakıya gələn nazir Britaniyanın Bakıdakı mesajının aydın olduğunu deyib: “Bakıda bizim mesajımız aydındır.
Britaniya öz milli səviyyədə müəyyən edilmiş töhfəsi vasitəsilə iqlim dəyişikliyi ilə mübarizədə liderlik rolunu öz üzərinə götürüb və işgüzar əməkdaşlığa açıqdır”.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu