futbolpress-az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakıda keçirilən “Formula 1” Azərbaycan Qran-Prisində sərbəst yürüşlərə start verilib. 6 kilometrlik şəhər trekində təşkil olunan birsaatlıq birinci sınaq yürüşündə “Mercedes”in britaniyalı pilotu Corc Rassell ən yaxşı göstəriciyə imza atıb.
Futbolpress.az xəbər verir ki, daha sonra 11 komandadan 22 pilotun iştirakı ilə ikinci sərbəst yürüş baş tutub. Günün ikinci sınağında da finişə ən sürətli çataraq liderliyini qoruyan Corc Rassell yenidən ən yaxşı zamanı göstərib.
“Mercedes”in digər sürücüsü Andrea Kimi Antonelli komanda yoldaşının ardından ikinci yeri tutub. “Red Bull”un niderlandlı pilotu Maks Ferstappen isə ilk üçlüyü tamamlayıb.
“Formula 1” üzrə Azərbaycan Qran-Prisinə sentyabrın 26-da yekun vurulacaq.