Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
London, 30 noyabr, AZƏRTAC
Böyük Britaniyada bir bilet sahibi “EuroMillions” lotereyasının çərşənbə axşamı tirajında 177 milyon funt sterlinq dəyərində cekpotu qazanaraq Milli Lotereyanın tarixində üçüncü ən böyük uduşlu qalib olub.
AZƏRTAC xəbər verir ki, qalibin ictimaiyyət qarşısında öz kimliyini açıqlayıb-açıqlamamaq barədə qərar verməsi gözlənilir.
Xatırladaq ki, 2022-ci il iyulun 19-da anonim qalmaq istəyən digər bir britaniyalı iştirakçı “EuroMillions”un rekord cekpotu olan 195 milyon funt sterlinqi qazanmışdı.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London