Britaniyalı səyahətçilər Aİ yə hər səfərdə barmaq izi verəcəklər

01.06.2025

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

London, 1 iyun, AZƏRTAC

Böyük Britaniya vətəndaşları bu ilin payızından etibarən Avropa İttifaqına (Aİ) hər səfərlərində barmaq izlərini təqdim etməli və fərdi şəkildə şəkil çəkdirməli olacaqlar.

AZƏRTAC “Independent”ə istinadla xəbər verir ki, yeni qaydalar Aİ-yə üzv olmayan ölkələrin vətəndaşları üçün tətbiq olunacaq biometrik giriş sisteminin bir hissəsidir. “Port of Dover” limanının nümayəndəsi bildirib ki, bu sistem Fransa və Niderland kimi ölkələrlə gediş-gəlişə təsir edəcək və avtomobillə səyahət edən britaniyalılar nəqliyyat vasitəsini tərk edərək yoxlamadan keçməli olacaqlar.

Qeyd edək ki, bu sistemin ötən il istifadəyə verilməsi planlaşdırılırdı, lakin texniki səbəblərdən ləngimə baş verib.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью