Avtosfer saytına istinadən Icma.az xəbər verir.
Britaniyalı səyyah, keçmiş hərbçi karl Başbi 28 illik piyada dünya səyahətindən sonra vətənə qayıdıb.
Avtosfer.az xəbər verir ki, bu müddət ərzində 50 min kilometrdən çox yol qət edib. 57 yaşlı Başbini yaşadığı şəhərdə yüzlərlə sakin qarşılayıb.
Keçmiş hərbçinin 1998-ci ilin noyabrında çıxdığı səfər heç də asan olmayıb. Arvadı ondan ayrılaraq uşağı ilə başqa ölkəyə köçüb, yolda çətinliklərlə üzləşib. Çilidən səfərə başlayan Başbi 29 ölkədən keçərək Avropaya çatıb. Berinq boğazında o, az qala buz kütləsi altına düşərək öləcəkmiş.
Səyyah Panamaya vizasız girdiyi üçün həbs edilib, Rusiya isə Alyaskadan keçdiyi üçün uzun müddət ona viza verməyib. Rusiyaya giriş icazəsi aldıqdan sonra Başbi Qazaxıstana, oradan da dəniz yolu ilə Azərbaycana gəlib.
Vüqar