Britaniyalı səyyah piyada dünya turunu 28 ildə başa vurdu

04.11.2026

Icma.az bildirir, 525.az portalına istinadən.

Britaniyalı səyyah Karl Buşbi 28 il əvvəl Çilidə başlayan qitələrarası səyahətini piyada başa vuraraq İngiltərənin Hall şəhərindəki evinə çatıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, Buşbi dünya turunu piyada başa vuran ilk şəxsdir.

Britaniya mediasının məlumatına görə, o, 28 il ərzində 29 ölkəni əhatə edən tur zamanı təxminən 60.000 kilometr məsafə qət edib.

Çilinin Punta Arenas şəhərindən başlayaraq İngiltərənin Hall şəhərində yekunlaşan səyahətindən danışan Buşbi onu böyük izdihamın qarşılamasına belə münasibət bildirib:

“Əminəm ki, heç bir evə qayıdış bu qədər olmayıb. Bu, təmiz dəlilikdir”.

İbrahim Cəfərov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью