Britaniyalı tanınmış dramaturq vəfat etdi

05.08.2026

Icma.az, Kulis.az portalına istinadən məlumat verir.

Böyük Britaniya teatrının görkəmli nümayəndələrindən biri, uelsli dramaturq və rejissor Piter Qill 86 yaşında vəfat edib.
Kulis.az xəbər verir ki, karyerasına aktyor kimi başlayan sənətkar sonradan "Royal Court", "Royal Shakespeare Company" və "National Theatre" kimi məşhur teatrlarda 100-ə yaxın səhnə əsərinə rejissorluq edib.
O, D. H. Lourensin unudulmuş pyeslərini yenidən səhnəyə gətirib və 1984-cü ildə "National Theatre Studio"nun da əsasını qoyub.
Qeyd edək ki, dramaturq olaraq "The York Realist", "Small Change" və "The Sleepers Den" kimi tanınmış pyeslərin müəllifi olan sənətçi 1980-ci ildə Britaniya İmperiyası Ordeninə layiq görülmüşdü.

Azərbaycan Kinosu Günündə unudulmaz kino axşamı Puşkinin ölümünə görə sürgün edildi, dueldə öldürüldü – Lermontovun acı taleyi "Ulduzlu gecə", "Kartof yeyənlər" – Vinsent van Qoqun 5 əsəri
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью