Qaynarinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Böyük Britaniyanın Azərbaycana investisiya yatırmaq sahəsində lider ölkə olmasının təbii səbəbi neft-qaz sektoru ilə bağlıdır”.
Qaynarinfo-ya açıqlamasında bunu iqtisadçı ekspert Natiq Cəfərli Azərbaycana investisiya qoyuluşunda Böyük Britaniyanın lider olması amilini şərh edərkən deyib: "Böyük Britaniya ilə Azərbaycan arasında uzun illərə dayanan və çoxpilləli münasibətlər var.
Keçən əsrin 90-cı illərindən başlayan bu münasibətlər daim inkişaf edib.
Azərbaycanın neft-qaz sektoruna bp və Britaniyanın servis şirkətləri kifayət qədər aktiv investisiya yatırıblar.
Azərbaycanda yeni yataqların işlənilməsilə bağlı da danışıqlar gedir. Hansı ki, artıq bu istiqamətdə müəyyən anlaşmalar da imzalanıb”.
Ekspertin fikrincə, bu mənada Böyük Britaniyadan ölkəmizə investisiyaların cari ildə daha da artacağı gözləniləndir: "Daha yaxşı olar ki, gələcəkdə qeyri-neft sektoruna yatırılan investisiyaların həcmində də Britaniya və digər Qərb ölkələrinin payı getdikcə artsın”.
Qeyd edək ki, Mərkəzi Bankın məlumatına görə, 2020-2024-cü il aralığında Azərbaycan iqtisadiyyatına cəlb olunmuş birbaşa xarici investisiyaların həcmi 29 mlrd.