Britaniyanın baş naziri Trampla Zeleniskinin görüşünü belə şərh edib

19.08.2025

Icma.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.

ABŞ Prezidenti Donald Trampın Avropa liderləri ilə Ukrayna prezidenti Volodimir Zeleniski ilə görüşü dünya mediasının əsas müzakirə mövzusudur. 

Gununsesi.info-nun xəbərinə görə, Böyük Britaniyanın baş naziri  Starmer Zelenski ilə Trampın görüşünü şərh edib.

Baş nazir deyib ki, bu görüşün iki əsas nəticəsi var:

“Birincisi, Ukrayna üçün təhlükəsizlik zəmanətləri üzərində “istəklilər koalisiyası” indi ABŞ-la işləyəcək. 

İkincisi, Zelenski ilə Putin arasında Trampın iştirak edəcəyi görüşün keçirilməsi ilə bağlı razılıq əldə olunub. Bu, istər ərazi, istərsə də məhbus mübadiləsi kimi bəzi məsələlərdə Ukraynanın danışıqlar masası arxasında olması prinsipinin etirafıdır”.

Günay

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью