Britaniyanın baş nazirliyə namizədi: Ukraynaya dəstək sarsılmazdır

09.07.2026

Turkstan.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Hakim Leyborist Partiyasının lideri və Böyük Britaniyanın baş naziri vəzifəsinə namizəd Endi Börnhem Ukraynaya dəstəyin davam etdiriləcəyini bildirib.

Turkustan.az xəbər verir ki, Börnhem bu barədə "The Times" qəzetində dərc olunan məqaləsində qeyd edib.

Siyasətçi vurğulayıb ki, Böyük Britaniya həm milli təhlükəsizliyini təmin edə, həm də iqtisadi inkişafını davam etdirə bilər. O, ölkəsinin NATO öhdəliklərinə sadiq qaldığını, nüvə çəkindirmə siyasətini davam etdirdiyini və ABŞ-la strateji tərəfdaşlığın əhəmiyyətini qoruduğunu bildirib.

"Britaniyanın Ukraynaya dəstəyi sarsılmaz olacaq. Biz başa düşürük ki, Böyük Britaniyanın təhlükəsizliyi və daha geniş Avro-Atlantik təhlükəsizlik Ukraynada baş verən hadisələrlə birbaşa bağlıdır", – deyə, Börnhem qeyd edib.

Aytən Yaşar/ Turkustan.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью