Britaniyanın dövlət borcu 3 trilyon funt sterlinqə yaxınlaşıb

21.08.2026

Icma.az, Azertag saytına istinadən bildirir.

London, 21 avqust, AZƏRTAC

Böyük Britaniyada sosial ödənişlərə çəkilən xərclərin artması fonunda dövlət borcu 3 trilyon funt sterlinq həddinə yaxınlaşıb.

AZƏRTAC “The Telegraph”a istinadla xəbər verir ki, Böyük Britaniyanın Milli Statistika İdarəsinin (ONS) açıqladığı məlumatlara əsasən, iyul ayında dövlət borcunun ümumi həcmi 2,98 trilyon funt sterlinqə çatıb. Ötən ay dövlət büdcəsində vergi daxilolmaları ilə xərclər arasında 1,8 milyard funt sterlinq kəsir yaranıb.

Məlumata görə, sosial müavinət ödənişləri ötən ilin eyni dövrü ilə müqayisədə 7,2 faiz və ya 2 milyard funt sterlinq artaraq 30 milyard funta yüksəlib. Dövlət borcuna xidmət üzrə xərcləri isə iyul ayında 7,7 milyard funt təşkil edib ki, bu da bir il əvvəllə müqayisədə təxminən 10 faiz çoxdur. Cari maliyyə ilində hökumətin vergi daxilolmaları ilə dövlət xərcləri arasındakı fərqi qarşılamaq üçün ümumilikdə 56,7 milyard funt sterlinq borclandığı bildirilir.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью