Britaniyanın inkişaf naziri: COP29da ilhamverici bir gün keçirdik

16.11.2024

Operativmedia saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Bakıda keçirilən COP29-da çox ilhamverici bir gün keçirdik”.

"Operativ Media" xəbər verir ki, bu barədə Böyük Britaniyanın inkişaf naziri Annelis Dodds özünün “X” sosial media hesabında yazıb.

“İqlim maliyyəsinə çıxışın genişləndirilməsindən tutmuş, iqlim dəyişikliyinin təsirindən ən çox zərər çəkənləri qorumağa qədər iqlim və inkişafın bir-birinə bağlı olduğunu başa düşürük”,- deyə nazir bildirib.

O, Böyük Britaniyanın dünya səhnəsində öz səsini yenidən yüksək səslə ifadə etdiyini vurğulayıb. Nazir ingilis aktyor Teo Ceyms ilə də görüşüb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью