Britaniyanın konteyner gəmisi Oman sahillərində hücuma məruz qalıb

12.07.2026

Azpolitika.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Konteyner gəmisi Oman sahillərindən 16 km şərqdə zədələnib, bundan sonra göyərtədə yanğın baş verib.

"Report" xəbər verir ki, bu barədə Böyük Britaniyanın Hərbi Dəniz Qüvvələri yanında Dəniz Ticarət Daşımalarının Koordinasiyası Mərkəzi (UKMTO) məlumat yayıb.

"UKMTO Omandan 16 km şərqdə baş verən hadisə barədə məlumat alıb. Hərbi hakimiyyət orqanları konteyner gəmisinin arxa hissəsində zədələnmə olduğunu və nəticədə göyərtədə yanğın baş verdiyini bildirib", - mərkəz açıqlamasında bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью