Britaniyanın Moskvadakı səfiri Rusiya XİNə çağırıldı

26.11.2024

Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Böyük Britaniyanın Moskvadakı səfirliyinin əməkdaşı Uliks Edavard Prayor Rusiya Federasiyasına daxil olarkən yalan məlumat verdiyinə görə diplomatik akkreditasiyadan məhrum edilib.

Oxu.Az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti məlumat yayıb.

Hadisədən dərhal sonra Böyük Britaniyanın Moskvadakı səfiri Naycel Keysi Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

Məlumatı Rusiya XİN-nin rəsmi nümayəndəsi Mariya Zaxarova da təsdiq edib.

Britaniya səfirinin Rusiya XİN-ə çağrılmasının Uiliks Prayorun akkreditasiyasının ləğvi ilə əlaqədar olduğu ehtimal edilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью