Britaniyanın müdafiə sənayesi nəhəngi 1 070 əməkdaşını işdən çıxarır

18.11.2026

Icma.az, Banco.az saytına istinadən bildirir.

Müəllif: Tamara Mustafayeva, Banco.az

Britaniyanın müdafiə sənayesi nəhəngi 1 070 əməkdaşını işdən çıxarır.

Banco.az xəbər verir ki, Böyük Britaniyanın ən böyük müdafiə şirkəti “BAE Systems” çərşənbə günü açıqlayıb ki, daha çevik idarəetmə strukturuna keçmək məqsədilə baş qərargahında və aviasiya bölmələrində ümumilikdə 1 070 əməkdaşını ixtisar etməyi planlaşdırır.

Qərar şirkətin güclü artım qeydə aldığı dövrdən sonra verilib. Rusiyanın 2022-ci ildə Ukraynaya qarşı başlatdığı müharibə nəticəsində artan geosiyasi təhdidlər ölkələri müdafiə xərclərini artırmağa sövq edib. “BAE Systems” də bu prosesdən faydalanıb.

Şirkətin məlumatına görə, Böyük Britaniyadakı əməkdaşlarının sayı altı il əvvəlki 35 min nəfərdən hazırda 50 minə çatıb. Onlardan 18 500-ü döyüş təyyarələrinin istehsalını da əhatə edən aviasiya bölməsində, 1 000 nəfəri isə baş qərargahda çalışır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью