Britaniyanın ölkəmizdəki səfir Laçın rayonuna səfər edib

01.09.2025

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Laçın, 1 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Fergus Auld Laçın rayonuna səfər edib.

Laçın Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, səfiri Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin rəsmisi Hüseyn Quliyev və Xidmətin əməkdaşları müşayiət ediblər.

Səfər çərçivəsində Fergus Auld Laçın şəhərində fəaliyyət göstərən “Zerti” Aqrosənaye Parkında təşkil olunan “Həftə bazarı” yarmarkası, “Hoçazfilm” kinostudiyası, “Yurd” qalereyası və “Gilabi Ceramics” mərkəzi ilə tanış olub.

Səfir göstərilən yüksək qonaqpərvərlikdən məmnunluğunu ifadə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью