Azertag saytına istinadən Icma.az xəbər verir.
London, 30 dekabr, AZƏRTAC
Londonun Qatvik (Gatwick) hava limanında duman səbəbindən uçuşlar üçüncü gündür gecikmələrlə həyata keçirilir.
AZƏRTAC xəbər verir ki, təhlükəsizliyi təmin etmək məqsədilə məhdudiyyətlər tətbiq edilib. Təxminən 30 uçuş və 28 eniş ləğv edilib. Hava limanı sərnişinlərdən üzr istəyib. Sərnişinlərə yola düşməzdən əvvəl uçuşlarını yoxlamaq tövsiyə edilir.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London