Britaniyanın xarici işlər naziri: COP29 razılaşması mühüm bir addımdır AZƏRTAC

24.11.2024

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 24 noyabr, AZƏRTAC

COP29 razılaşması mühüm bir addımdır.

AZƏRTAC xəbər verir ki, bu barədə Britaniyanın xarici işlər naziri Devid Lemmi özünün “X” sosial media şəbəkəsindəki paylaşımında yazıb.

“COP29 razılaşması mühüm bir addımdır. Yeni iqlim maliyyələşdirilməsi hədəfi qlobal iqlim tədbirlərini sürətləndirməyə kömək edəcək - bu isə həm Britaniyanın gələcək rifahı və təhlükəsizliyi, həm də planetimizi pisləşən iqlim böhranından qorumaq üçün həyati əhəmiyyət daşıyır”, - deyə nazir bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью