Britannik gəmisindən nadir əsərlər üzə çıxarıldı

17.09.2025

Kulis.az saytına istinadən Icma.az xəbər verir.

Birinci Dünya müharibəsi illərində batmış “HMHS Britannic” gəmisindən yeni nadir artefaktlar aşkarlanıb.

Kulis.az xəbər verir ki, dəniz arxeoloqlarının apardığı araşdırmalar nəticəsində uzun illər suyun dibində qalmış tarixi əşyalar gün üzünə çıxarılıb.

Mütəxəssislər tapıntılar arasında gəminin gündəlik istifadə olunan avadanlıqlarını, tibbi ləvazimatları və bəzi şəxsi əşyaları müəyyən ediblər.

Bu əşyalar həm Britannikin hərbi xəstəxana gəmisi kimi fəaliyyət göstərdiyi dövrün, həm də o dövrün dəniz tarixinin öyrənilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Qeyd edək ki, arxeoloqların fikrincə, tapılan nadir nümunələr yaxın vaxtlarda xüsusi sərgidə ictimaiyyətə təqdim olunacaq.

Azərbaycanlı artistlər “DosStar” festivalında çıxış edəcəklər İrlandiyalı yazıçı Fələstin Hərəkatına dəstəyini davam etdirəcəyini açıqladı Marqaret Atvud senzura qaydalarına etiraz etdi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью