Axsham.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Məşhur müğənni Britni Spirs 13 il ərzində qəyyumu olmuş və dəfələrlə onu zorakılıqda ittiham etdiyi atası Ceymi Spirs barədə paylaşım edib.
Axşam.az xəbər verir ki, Britni atasının ayaqlarının olmamasına işarə edib:
"Bilirsiniz, mən onu bağışlamışam və hər zaman düzgün olanı etmişəm. Görəsən, Allah niyə atamın ayaqlarını aldı?".
44 yaşlı müğənni qısa müddət sonra həmin paylaşımı silib.
Belə ki, 2023-cü ilin dekabrında Ceymi Spirsin geniş yayılmış infeksiya səbəbilə sağ ayağı amputasiya edilib. Lakin onun ikinci ayağının da amputasiya edilməsi barədə məlumat yayılmayıb. "Daily Mail" məsələ ilə bağlı Britni və Ceymi Spirsin nümayəndələrinə müraciət etsə də, hələlik cavab almayıb.
Xatırladaq ki, 2021-ci ilin noyabrında Los-Anceles məhkəməsi atasının Britni Spirs üzərində qəyyumluğun tamamilə dayandırılması ilə bağlı qərar verib. Ceymi 2008-ci ildən qızının qəyyumu olub.