Britni Spirs adını dəyişdi

21.11.2024

Icma.az, Axsham.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Adını River Red olaraq dəyişdirən müğənni Britni Spirs sosial media hesabındakı dəyişikliklə diqqət çəkib.

Axşam.az xəbər verir ki, ifaçı instaqram səhifəsində adını Xila Maria River Red olaraq yazıb.

Qeyd edək ki, 2022-ci ildə Sem Asqari ilə ailə quran Britni bu il ondan boşanıb. Onların xəyanət səbəbindən evliliklərini sonlandırdıqları deyilir.

Bu, müğənninin üçüncü evliliyi idi. Onun Kevin Federlaynla evliliyindən iki oğlu var. Oğullar ataları ilə yaşayır və anaları ilə az ünsiyyətdə olurlar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью