Britni Spirs haqqında film çəkilir

25.03.2025

Icma.az xəbər verir, Kulis.az saytına əsaslanaraq.

Məşhur müğənni Britni Spirsin keşməkeşli həyatı haqqında film çəkiləcək.
Kulis.az xəbər verir ki, filmin rejissoru amerikan Con Çu olacaq.
Britni Spris rolu üçün hələlik üç nəfər aktrisa seçilib. Rejissorun sözlərinə görə, o hələ qərarsızdır:
"Əlimizdə yaxşı hekayə var. Ancaq hazırda hazırlıq mərhələsindəyik..."
Qeyd edək ki, məşhur müğənni daha oxumayacağını qeyd etmiş, "İçimdəki qadın" adlı kitab yazmışdı.
"Haqqımdakı bütün xəbərlər cəfəngiyyatdır! Bir də musiqiyə qayıtmayacağam".
Şayiələrə görə, filmin ssenarisi onun yazdığı bioqrafik romanın motivləri əsasında yazılacaq.

Bu aktyorlar mükafatlandırıldı - "Ən yaxşı aktyor" Sabah Günəş doğacaq, işıqlı gün gələcək – Anna Axmatova Maskalı adamın etirafları - Vüsal Bağırlı
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью