Britni Spirsin üçüncü uşağı? Müğənni sensasiyalı bəyanat verdi

16.07.2025

Icma.az, Oxu.az portalına istinadən məlumat verir.

Amerikalı müğənni Britni Spirs sosial şəbəkədə verdiyi açıqlama ilə pərəstişkarlarını təəccübləndirib. İfaçı bir qız uşağını övladlığa götürdüyünü bildirib.

Oxu.Az xəbər verir ki, bu barədə o, şəxsi sosial media hesabında paylaşım edib.

"Gözəl bir qız uşağını övladlığa götürdüm. Onun adı Lennan London Spirsdir", - deyə Britni yazıb və paylaşımına gülümsəyən emoji əlavə edib.

Bununla belə, bir çox izləyici bunun növbəti zarafat ola biləcəyini düşünür.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью