Brobbeydən tarixi het trik 19 ildən sonra ilk

21.09.2026

Icma.az, Apasport portalına istinadən məlumatı açıqlayır.

“Sanderlend”in hücumçusu Brayan Brobbi İngiltərə Premyer Liqasında tarixi göstəriciyə imza atıb.

Apasport.az xəbər verir ki, niderlandlı futbolçu çempionatın V turunda “Mançester Siti” ilə səfər matçında het-trik edib.

Buna baxmayaraq, “Sanderlend” görüşdən 3:5 hesablı məğlubiyyətlə ayrılıb.

Brobbi Premyer Liqada 2007-ci ilin dekabrından bəri komandasının məğlub olduğu matçda het-trik edən ilk futbolçu olub. Sonuncu dəfə belə göstəriciyə “Blekbörn”ün hücumçusu Roke Santa Kruz nail olmuşdu. O, “Uiqan”la səfər qarşılaşmasında üç qol vursa da, komandası 3:5 hesabı ilə uduzmuşdu.

Qeyd edək ki, Brobbi Premyer Liqa tarixində komandasının məğlub olduğu oyunda het-trik edən beşinci futbolçudur.

Madrid derbisində “Atletiko” qələbə qazandı “Yuventus” “Atalanta”nın qapıçısını transfer etmək istəyir Günün oyunları bu kanallarda - TV AFİŞA Harri Keyndən Bundesliqada tarixi rekord “Trabzonspor” - “Qalatasaray” matçının VAR hakimi bəlli oldu
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью