Milli.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Qış aylarının ən sağlam tərəvəzləri olan brokkoli və gül kələmi bir araya gətirən bu salat, həm rəngarəng görünüşü, həm də vitamin deposu olması ilə süfrələrinizin bəzəyi olacaq. Bu reseptin sirri tərəvəzləri tam bişirib dağıtmamaq və xüsusi limonlu sousla dadlandırmaqdır.
Milli.Az lazım olan ərzaqları təqdim edir:
1 ədəd orta boy brokkoli
1 ədəd orta boy gül kələm
2-3 ədəd kök
1 fincan qarğıdalı (konservləşdirilmiş və ya qaynadılmış)
Sousu üçün: Yarım limonun suyu, 4-5 xörək qaşığı zeytun yağı, 1 diş əzilmiş sarımsaq, duz və istəyə görə bir az sirkə.
Hazırlanma qaydası:
Brokkoli və gül kələmi kiçik hissələrə (çiçəklərə) ayırın. Kökləri isə halqa və ya uzunsov doğrayın. Tərəvəzləri bol su ilə yuyun.
Tərəvəzlərin rəngini və formasını qoruması üçün onları çox qaynatmayın.
Tərəvəzləri buxar qazanında 8-10 dəqiqə bişirin.
Əvvəlcə kökləri, 3-4 dəqiqə sonra isə gül kələm və brokkolini suya atın. Cəmi 6-7 dəqiqə qaynadıqdan sonra süzün.
Süzdüyünüz tərəvəzləri dərhal soyuq suya (mümkünsə buzlu suya) salın. Bu, bişmə prosesini dayandırır və tərəvəzlərin diri, parlaq qalmasını təmin edir.
Kiçik bir qabda zeytun yağı, limon suyu, əzilmiş sarımsaq və duzu yaxşıca qarışdırın. Sarımsaq sousa xüsusi bir ətir və immun sistemini gücləndirən xüsusiyyət qatacaq.
Soyuyan tərəvəzləri geniş bir salat qabına alın. Üzərinə qarğıdalıları əlavə edin. Hazırladığınız limonlu sousu gəzdirərək tərəvəzləri əzmədən yavaşca qarışdırın.
Lalə Qüdrətova
Milli.Az