Brokoli bu dərdlərin DƏRMANIDIR

22.06.2026

Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Çin alimləri müəyyən ediblər ki, brokkolinin tərkibindəki bəzi maddələr leyusin amin turşusu ilə birlikdə istifadə edildikdə yaşla əlaqədar əzələ kütləsinin azalmasını ləngidə bilər.

Redaktor.az xəbər verir ki, araşdırmanın nəticələri "Nutrients" jurnalında dərc olunub.

Tədqiqat yaşlanma ilə əlaqədar əzələ kütləsi və gücünün azalması ilə xarakterizə olunan sarkopeniya probleminə həsr edilib. Eksperiment zamanı alimlər səkkiz həftə ərzində siçanlara brokkolidən əldə edilən peptidlər, leyusin və ya hər iki maddənin kombinasiyasını veriblər.

Mütəxəssislərin sözlərinə görə, leyusin insan və heyvan orqanizmində əzələ, dəri və daxili orqanların quruluşunda iştirak edən vacib amin turşularından biridir. O, həmçinin toxumaların bərpasını sürətləndirir, insulin ifrazını stimullaşdırır və immun sisteminin fəaliyyətinə dəstək verir.

Araşdırmanın nəticələrinə əsasən, ən yaxşı göstəricilər brokkoli və leyusinin birlikdə tətbiq edildiyi qrupda qeydə alınıb. Bu siçanlarda əzələ kütləsi daha yaxşı qorunub, tutma gücü və dözümlülük artıb, fiziki yüklənmələrə davamlılıq yüksəlib.

Toxuma analizləri göstərib ki, bu kombinasiya əzələ atrofiyasının əlamətlərini zəiflətməklə yanaşı, əzələ liflərinin böyüməsi və bərpası ilə əlaqəli genlərin fəaliyyətini də aktivləşdirib. Eyni zamanda iltihabi proseslərin və əzələ toxumasının parçalanmasına səbəb olan mexanizmlərin aktivliyi azalıb.

Alimlər hesab edirlər ki, brokkoli və leyusinin birgə istifadəsi gələcəkdə yaşla bağlı əzələ itkisinin qarşısının alınması üçün yeni qidalanma yanaşmalarının əsasını təşkil edə bilər. Bununla belə, tədqiqatın hələlik yalnız heyvanlar üzərində aparıldığı vurğulanır.

NURİYYƏ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью