Brokolidəki maddə bu xəstəliyə müalicə ola BİLƏR

10.08.2026

Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.

Brokolinin tərkibində olan bir birləşmə nadir irsi sinir sistemi xəstəliyi – "Fridreyx" ataksiyasının müalicəsində yeni metodun əsasını təşkil edə bilər.

Redaktor.az xəbər verir ki, bu qənaətə Suinbern Texnologiya Universitetinin tədqiqatçıları gəlib. Alimlər araşdırmanın nəticələrini “Antioxidants & Redox Signaling” (ARS) jurnalında dərc ediblər.

Fridreyx ataksiyası baş və onurğa beynindəki sinir hüceyrələrinin tədricən məhv olmasına səbəb olur. Nəticədə xəstələr zaman keçdikcə yerimək, danışmaq və gündəlik ehtiyaclarını müstəqil şəkildə qarşılamaq qabiliyyətini itirirlər.

Xəstəlik sağalmaz hesab olunur və xüsusilə uşaqlar üçün effektiv müalicə üsulları hələ mövcud deyil.

Xədicə BAXIŞLI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью