Saglamolun saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bronxlar – “bronxial ağac” adlanan, şaxələnmiş şəkildə olan müxtəlif diametrli borular şəbəkəsindən ibarət olub, udulan havanı ağ ciyərlərə çatdırmaq vəzifəsini daşıyır.
Bronxit xəstəliyi zamanı bronx divarlarının daxili selikli qişası iltihablaşaraq şişkinləşir.
Əksər hallarda bronxit, kəskin respirator virus infeksiyası və ya qripp xəstəliyinin fəsadı kimi inkişaf edir.
Bronxit xəstəliyinin yaranma riskini artıran faktorlar əsasən aşağıdakılardır: - siqaret çəkilməsi (siqaret çəkənlərlə bir otaqda olaraq “passiv” şəkildə siqaret çəkmək də buna aiddir); - müxtəlif xəstəliklər, tam keyfiyyətli şəkildə qidalanmamaq, bədənin tez-tez və həddən artıq soyuması və s.
səbəblərdən immun sisteminin zəifləməsi; - Bundan başqa bronxit - bronxa allergenin daxil olması nəticəsində (allergik bronxit) və ya kəskin toksik maddələrin təsiri nəticəsində (toksik bronxit) də yarana bilər.
Bronxitin əlamətləri: - Bronxitin əsas əlaməti öskürəkdir. Əvvəlcə, adətən, öskürək quru və tutmaşəkilli olur, sonra öskürək vaxtı selikli,
Daha sonra xəstəlik daha da ağırlaşa bilər ki, bu zaman bronxların selikli qişası şişir, bronxlarda selik toplanır, təngnəfəslik başlayır –