Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir. Baku TV-nin "Baku Aktual" verilişinin yeni buraxılışı yayımlanıb.
Proqramın budəfəki buraxılışında broyler məhsullarının ziyanları müzakirə edilib. Quşlara verilən dərmanlar ağır xəstəliklərə yol açır?
Broyler toyuqlarına hormonlar verilir? Broyler toyuqları qeyri-sağlam kökəlməyə səbəb olur?
Marketlərdə satılan toyuqlar cinsi zəiflik yarada bilər? Broyler məhsulları kişilərdə qadın hormonlarını artırır?
Verilişin qonaqları - Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası İdarə Heyətinin sədri Mürvət Həsənli, tibb üzrə fəlsəfə doktoru Abbas Bağırov, qida məhsulları üzrə auditor Şəlalə Zeynalova, həkim-diyetoloq Şəfa Yadigarova ilə bu və digər suallar ətrafında fikir mübadiləsi aparılıb.
Ətraflı videomaterialda: Broyler toyuqları sağalmaz xəstəliyə, sonsuzluğa, cinsi zəifliyə səbəb olur?
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.