Broyler toyuqlarının qorxunc FƏSADLARI Onlara hansı təhlükəli maddələr vurulur? | Icma.az
Icma.az, Turkstan.az saytına istinadən bildirir. Hazırda qida rasionumuzda toyuq əti xüsusi yer tutur.
Amma toyuq ətinin qiymətlərindəki fərq xeyli suallar doğurur.
Belə ki, “kənd toyuğu”nun bir kiloqramı 11-12 manat olduğu halda, broyler toyuğunun kiloqramı 4-5 manata təklif edilir.
Tək bu fakt göstərir ki, broyler toyuqları sağlamlığımız üçün o qədər də münasib deyil.Broyler toyuqlarına vurulan zərərli maddələr Bizim.Media-nın araşdırmasına görə, 1930-cu illərdən bu yana dünyada ən çox quşçuluq məhsullarının geni dəyişdirilib.
Əgər 1957-ci ildə bu toyuqların çəkisi 905 qram idisə, 2005-ci ildə broyler toyuqları 4 kiloqram ağırlığına çatıb.Ümumilkdə, broyler toyuqları genetik modifikasiya olunmuş (GMO) qida növü hesab olunur.
Bu toyuqlar aldığı qida maddələrinin hamısını ətə çevirirlər.
Toyuq təbii yolla 12-16 həftəyə böyüməlidirsə, fabrikdə 5 həftə ərzində 1 kilodan çox çəkiyə sahib olur.
Azərbaycanın broyler müəssisələrində, toyuqlar 40 gündən sonra kəsilir.
Tam oxu
Xəbəri oxu