“Bruklin Bekhem ailəsi ilə münasibətləri kəsib: ittihamlar, qalmaqallar və açıq qarşıdurma…
Moderator.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Bruklin Bekhem valideynlərinə qarşı qalmaqallı ittihamlar irəli sürərək ailədən uzaqlaşdığını açıqlayıb..." Devid və Viktoriya Bekhemın böyük oğlu Bruklin Bekhem ailəsi ilə bütün əlaqələri kəsib və valideynlərinə qarşı bir sıra ağır ittihamlar irəli sürüb.
Moderator.az xəbər verir ki, bu barədə "thesun.com" nəşri yazıb.
Bekhemin sözlərinə görə, uzun illər ailə nəzarəti, psixoloji təzyiq və ictimai imic naminə qurulan "saxta münasibətlər" onun həyatını formalaşdırıb.
"Nəzarət altında böyümüşəm" 26 yaşlı Bruklin iddia edir ki, valideynləri illər boyu onun həyatına və qərarlarına tam nəzarət edib.
O, ailəsinin həyat yoldaşı Nikola Peltsi "onu idarə etməkdə" ittiham etməsini qətiyyətlə rədd edir və əksinə, məhz Devid və Viktoriya Bekhemı manipulyasiya və mediada məqsədli məlumat sızdırmaqda günahlandırır.
Bruklin bildirib ki, ailədən uzaqlaşdıqdan sonra illərlə yaşadığı güclü təşviş hissi aradan qalxıb.
O, ilk dəfə olaraq şəxsi sərhədlərini qoruduğunu və bunun onun üçün dönüş nöqtəsi olduğunu deyir.
Tam oxu
Xəbəri oxu