Bruno: “Bu qələbəyə ehtiyacımız var idi”

04.11.2026

Yenisabah saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Mançester Yunayted"in lideri və kapitanı Bruno Fernandeş son dövrlərdə mətbuatda onunla baş məşqçi arasındakı münasibətlərə dair səsləndirilən iddialara və yayılan fərziyyələrə son qoyub. Təcrübəli yarımmüdafiəçi komandaxili gərginliklə bağlı yazılanların həqiqəti əks etdirmədiyini vurğulayıb.

“Yeni Sabah” xəbər verir ki, matçdan sonra verdiyi açıqlamada bu qələbənin təkcə baş məşqçiyə deyil, bütövlükdə kluba və azarkeşlərə lazım olduğunu qeyd edən Fernandeş, çətin durumdan çıxmaq üçün komanda olaraq çox çalışdıqlarını bildirib. O, mətbuatda adının baş məşqçi ilə mübahisələrdə hallanmasının yalan olduğunu diqqətə çatdırıb.

Portuqaliyalı ulduz yaranmış çətinlikləri aradan qaldırmaq üçün hər kəsin bir məqsəd uğrunda birləşdiyini və bu qələbənin komanda üçün yeni bir dönüş nöqtəsi olacağına inandığını qeyd edib. Dominos pizza

Nazim Hacıyev


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью