Idmanxeber.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Mançester Yunayted”in kapitanı Bruno Fernandeş karyerasını Almaniyada davam etdirə bilər.
İdmanxeber.az xəbər verir ki, portuqaliyalı yarımmüdafiəçi ilə “Bavariya” maraqlanır. Münhen klubu yaxın günlərdə 29 yaşlı futbolçu üçün rəsmi təklif göndərəcək.
İngiltərə təmsilçisi isə Fernandeşin transferi üçün 46 milyon avro tələb edir.
Qeyd edək ki, Bruno Fernandeşin “Mançester Yunayted”lə müqaviləsi 2027-ci ilin ortalarına qədər qüvvədədir. O, cari mövsümdə 8 oyunda meydana çıxıb və 2 qola imza atıb.