Bruno Fernandes: “Meyson Mauntun keyfiyyətinə heç vaxt şübhə olunmayıb”

02.12.2025

Icma.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.

İngiltərənin “Mançester Yunayted” futbol komandasının kapitanı Bruno Fernandes Meyson Mauntun komandanın “Kristal Pelas” üzərində qələbəsindən sonra göstərdiyi performansı dəyərləndirərək, ingilis yarımmüdafiəçinin səviyyəsinin heç vaxt sual altına düşmədiyini bildirib.

İdman.Biz xəbər verir ki, Fernandes bu barədə BBC-yə açıqlamasında deyib.

“Meyson böyük futbolçudur. Komanda yoldaşları üçün onun keyfiyyəti heç vaxt şübhə altında olmayıb. Bir zamanlar o, qollar və asistlərlə bağlı bir az çətinlik çəkirdi və zədələrlə də mübarizə aparırdı, amma tam fiziki formaya qayıtdığı zaman çox vacibdir oyunçudur”, - deyə Bruno bildirib.

İdman.Biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью