Icma.az, Milli.az portalına istinadən məlumat verir.
Kriştianu Ronaldunun Portuqaliya millisindən ayrılmasından sonra Bruno Fernandeş ilk dəfə açıqlama verib.
Milli.Az xəbər verir ki, o, mediaya açıqlamasında bildirib:
"Kriştianu Ronaldu ilə danışdım və ona dedim ki, o, milli komandamızın və ölkəmizin ən böyük simvoludur və hər zaman belə olaraq qalacaq.
Milli komandamız bir bütündür, parçalanmayıb.
Məsələlər daxildə həll olunmalı və hər iki tərəf üçün yaxşı nəticələnməlidir". ("Offsideplus.az")
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)