Bruno Fernandes Runini qabaqladı

16.12.2024

Icma.az, Apasport portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Mançester Yunayted"in yarımmüdafiəçisi Bruno Fernandes "Mançester Siti" ilə derbidə penaltidən fərqlənib.

Apasport.az xəbər verir ki, portuqaliyalı penaltidən vurulan qollara görə klub rekorduna imza atıb.

Ümumilikdə yarımmüdafiəçinin İngiltərə Premyer Liqasında 11 metrlik cərimə zərbəsindən vurduğu 25 zərbədən 21-i qol olub. Bu göstəriciyə görə Bruno 28 penaltidən 20-ni qola çevirən əfsanəvi hücumçu Ueyn Runini qabaqlayıb.

Xatırladaq ki, “qırmızı şeytanlar” səfərdə “Mançester Siti”yə 2:1 hesabı ilə qalib gəlib. Bu uğurdan sonra Ruben Amorimin komandası 22 xal toplayıb.

“Kasımpaşa” təklifi qəbul edib, “Fənərbaxça” zaman istəyib Amorim Ferqyusonun uğurunu təkrarlayıb Messi "Qalatasaray"la Bakıda danışıq aparıb - Adnan Əhmədzadə detalı Argentinada çempion müəyyənləşib "Barselona"dan gözlənilməz məğlubiyyət
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью