Qol.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Mançester Yunayted”in kapitanı Bruno Fernandeş “Komo”ya 1:4 hesablı məğlubiyyətdən sonra baş məşqçi Maykl Kerrikin rəhbərlik etdiyi məşqçilər korpusunu tənqid edib.
QOL.az xəbər verir ki, portuqaliyalı futbolçu oyuna seçilən taktikanı birmənalı qarşılamayıb.
Jurnalist Rob Dorsettin sosial şəbəkələrdə yaydığı məlumata görə, Fernandeş bu açıqlamalarına görə kapitanlıq sarğısından məhrum edilməyəcək. Həmçinin onun hər hansı digər intizam cəzası alacağı da gözlənilmir.
“Mançester Yunayted”də futbolçunun sözlərindən narazı qalsalar da, matçın nəticəsini nəzərə alaraq onun mövqeyinə anlayışla yanaşıblar.
Qeyd edək ki, “Mançester Yunayted” növbəti oyununu oktyabrın 25-də Premyer Liqada “Bornmut”a qarşı keçirəcək.