Kulis.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Dünyaca məşhur müğənni Bruno Mars atası Piter Hernandezin vəfat etdiyini açıqlayıb.
Kulis.az xəbər verir ki, sənətçi sosial şəbəkədə paylaşdığı emosional müraciətində atasının 74 yaşında dünyasını dəyişdiyini bildirib.
Müğənni atasının ölümündən əvvəl onunla sonuncu dəfə görüşdüyünü və qucaqlaşdığını yazıb. Bruno Mars atasını həyatında ən böyük təsirə malik insanlardan biri kimi xarakterizə edib, xüsusilə musiqi sahəsində əldə etdiyi bilik və bacarıqlara görə ona borclu olduğunu vurğulayıb.
Piter Hernandez özü də musiqi ilə məşğul olub. Bruklində doğulan musiqiçi sonradan Havay adalarında yaşayıb və burada “Love Notes” adlı doo-wop qrupu ilə çıxış edib. Onun səhnə təcrübəsi ailənin həyatında mühüm yer tuturdu. Bruno Mars hələ uşaq yaşlarından ailəsinin musiqi fəaliyyətinin bir hissəsi olmuş, atası ilə birlikdə çıxışlara qatılmışdı.
Müğənninin əvvəlki müsahibələrində də atasının onun musiqi zövqünün formalaşmasında mühüm rol oynadığını görmək mümkündür. Mars ritm duyğusunu, səhnə davranışını və musiqiyə münasibətini atasından öyrəndiyini dəfələrlə vurğulayıb.
Piter Hernandez uşaqlarının musiqi ilə məşğul olmasına dəstək verib və ailənin çətin maddi şəraitində belə onların yaradıcılıq fəaliyyətini davam etdirməsinə çalışıb. Bruno Marsın paylaşımı isə ata ilə oğul arasında sənət vasitəsilə qurulan dərin bağlılığın daha bir nümunəsinə çevrilib.
Qeyd edək ki, müğənni atasının ölüm səbəbi barədə ətraflı məlumat verməyib.
Arktikadakı əriyən buzlaqları və iqlim böhranını göstərən sərgi açıldı "Evliliyin əvvəli və sonu möhtəşəm, lakin ortası cəhənnəmdir..." - Enid Baqnolddan sitatlar Leyla Əliyeva Milli Türkmən Xalçası Muzeyini ziyarət etdi