Brunu Fernandeş Mançester Yunayted in ikinci təklifini də rədd edib

13.11.2026

sport24.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Mançester Yunayted"in yarımmüdafiəçisi Brunu Fernandeş klubun müqavilə müddətini uzatmaq təklifini ikinci dəfə rədd edib. Sport24.az xəbər verir ki, bu barədə "The Athletic" məlumat yayıb.

Tərəflər arasında danışıqlar yaydan bəri davam etsə də, hələlik ortaq məxrəcə gəlmək mümkün olmayıb. 32 yaşlı portuqaliyalı futbolçunun hazırkı müqaviləsi 2027-ci ilə qədərdir və klubun bu müqaviləni avtomatik olaraq daha bir mövsüm uzatmaq hüququ var.

Qeyd edək ki, Fernandeş 2020-ci ildən "Mançester Yunayted"də çıxış edir. O, cari mövsündə Premyer Liqada doqquz oyuna çıxıb, dörd qol vurub və iki məhsuldar ötürmə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью