Brüs Linin qızı, kürəkəni, nəvəsi və arvadı ilə bağlı bilinməyən FAKTLAR FOTOlar | Icma.az
Icma.az, News24 saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Qısa ömür sürməsinə baxmayaraq, aksiyon dolu filmləri ilə 7-dən 70-ə, hər kəsin qəlbini fəth etdi.
Uzaq-şərq döyüş sənətinin ən böyük ustası oldu. Amerikalıları ilk dəfə "Kunq Fu" ilə tanış etdi.
32 yaşında özü, 28 yaşında isə oğlu faciəvi şəkildə öldü. Söhbət məşhur aktyor və idmançı Brüs Lidən gedir.
Onun qısa ömürdən bəzi məlumatlar bir çoxlarına bəlli olsa da, dünya mətbuatında məşhurun ailəsi haqqında demək olar ki, çox az məlumat var.
News24.az saytı olaraq həm Brüs Linin həyatına qısaca nəzər saldıq, həm də onun ailə üzvləri ilə bağlı maraqlı faktları siz-oxucular üçün topladıq.
Həmin məlumatları təqdim edirik:Əsl adı Jun-fan Li olan Brüs Li 1940-cı il noyabrın 27-də Kaliforniyanın San-Fransisko şəhərində doğulub.
Həkimlərdən biri onu "Brüs" deyə çağırıb və anası Qreys də ona "Brüs Li" adını verib. Brüs də atası kimi aktyor olub.
Tam oxu
Xəbəri oxu