Icma.az, Reyting.az saytına istinadən bildirir.
Brüs Uillis
Hollivudun məşhur aktyoru Brüs Uillisin həyat yoldaşının ölümündən sonra onun ailə üzvlərinin növbəti planı məlum olub.
Reyting.az xarici mediaya istinadla xəbər verir ki, bu barədə ailənin yaxın üzvü Emma Hemminq jurnalistlərlə söhbətində danışıb.
Onun sözlərinə görə, adətən belə mövzular müzakirə olunmur, amma aktyorun ağır vəziyyəti yaxınlarını gələcək hadisələrə hazırlaşmağa vadar edir.
Yerli media yazır ki, 70 yaşlı aktyor demensiya xəstəliyi ilə mübarizəsini davam etdirir. Onun vəziyyəti getdikcə pisləşir və Uillis hazırda ayrı evdə 24 saat mütəxəssis nəzarəti altında yaşayır. Ev ona ən yaxşı qayğı göstərmək üçün hər şeylə təchiz edilib.
V. QULİYEV