Brüs və Demi Murun qızının toyundan fotolar

15.08.2026

Olay.az saytına istinadən Icma.az xəbər verir.

Avqustun 8-də aktyorlar Brüs Uillis və Demi Murun kiçik qızı, 32 yaşlı Tallula musiqiçi Castin Eyzi ilə ailə qurub.
OLAY yazır ki, toydan ilk fotoları bir gün əvvəl “Vogue” jurnalı yayımlayıb.

Yaxın dostların və qohumların, o cümlədən gəlinin məşhur valideynlərinin iştirak etdiyi kiçik mərasim Tallulanın ailəsinə məxsus evin həyətində keçirilib. Tallula toy üçün “Balenciaga”nın kreativ direktoru Pyerpaolo Piççolinin onun üçün xüsusi hazırladığı libası seçib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью