Bruselyoz xəstəliyinə görə seroloji monitorinqlər keçiriləcək

03.02.2026

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 3 fevral, AZƏRTAC

Bruselyoz xəstəliyinə görə epizootoloji şəraitin öyrənilməsi məqsədilə Naxçıvan da daxil olmaqla, respublikanın şəhər və rayonlarının yaşayış məntəqələrində fəaliyyət göstərən südlük təyinatlı iribuynuzlu heyvanların saxlandığı fərdi və fermer təsərrüfatlarında fevralın 9-20-də seroloji monitorinqlər keçiriləcək.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, monitorinqlər çərçivəsində südlük təyinatlı iribuynuzlu heyvanlardan laborator müayinələrin aparılması üçün diaqnostik nümunələr götürüləcək. Habelə təsərrüfatlara ümumi baxış keçirməklə baytarlıq norma və qaydalarına əməl olunması üçün məqsədyönlü maarifləndirmə-təbliğat tədbirləri görüləcək və epizootoloji məlumatlar toplanaraq təhlil ediləcək.

Monitorinqlərdə Qida Təhlükəsizliyi Agentliyinin və Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin rayon (şəhər) Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarələrinin əməkdaşlarının iştirakı nəzərdə tutulub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью