Brüssel hava limanı dronlar səbəbilə yenidən bağlanıb

13.11.2025

Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.

Brüsselin Zaventem Beynəlxalq Hava Limanı yerli vaxtla saat 23:00-dan etibarən dronlar səbəbilə yenidən bağlanıb.

APA xəbər verir ki, bu barədə Libre qəzeti mənbələrə istinadən məlumat yayıb.

"Saat 23:00-dan etibarən Brüssel Hava Limanı üzərində dronların uçduğu bildirilir. Hava nəqliyyatı dayandırılıb", - məlumatda deyilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью