Brüssel hava limanı uçuşların yarısını ləğv edir

20.09.2025

Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Brüssel hava limanı kiberhücumdan sonra davam edən fasilələr səbəbindən sentyabrın 21-nə planlaşdırılan uçuşların yarısının ləğv edilməli olacağını açıqlayıb.

Oxu.Az xəbər verir ki, bu barədə "Reuters" hava limanının nümayəndəsinə istinadən məlumat yayıb.

Xatırladaq ki, sentyabrın 19-da axşam saatlarında Brüssel də daxil olmaqla, Avropanın bir neçə hava limanına kiberhücum baş verib. Bu, uçuş cədvəllərinə əhəmiyyətli dərəcədə təsir edib, bir çox uçuşların gecikməsi və ləğvinə səbəb olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью