Brüssel hava limanında reyslərin əksəriyyəti ləğv ediləcək

22.11.2026

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bəzi aviadespetçerlərin Belçika federal hökumətinin sərt qənaət tədbirlərinə qarşı keçirilən ümummilli tətilə qoşulmağı planlaşdırdığı üçün bazar ertəsi Brüssel hava limanında reyslərin əksəriyyəti ləğv edilə bilər.

"Report" xarici mediaya istinadən xəbər verir ki, bu barədə Brüssel hava limanının bəyanatında deyilir.

Qeyd olunur ki, Belçikanın "Skeyes" operatoru öz aviadespetçerlərinin fəaliyyət planını elan etdikdən sonra noyabrın 23-də hava limanının işində ciddi fasilələrin yaranacağı gözlənilir.

"Şirkət bazar ertəsi yerli vaxtla saat 7:00-dan 21:00-dək (Qrinviç vaxtı ilə 00:00-20:00) Belçika hava limanlarında və öz məsuliyyəti altında olan hava məkanında hərəkətinin normal idarə edilməsini təmin edə bilməyəcək", - məlumatda bildirilir.

Qərarın son anda elan edilməsi səbəbindən aviaşirkətlər, hava limanları və əməliyyat tərəfdaşlarının hazırlıq və sərnişinlər üçün təsirləri minimuma endirməsi son dərəcə çətin olacaq.

Qeyd edək ki, Belçikanın üç ən böyük həmkarlar ittifaqı bazar ertəsi Brüsseldə ölkə rəhbərliyinin qəbul etdiyi sərt qənaət tədbirlərinə qarşı ümummilli etiraz nümayişi keçirməyə çağırıb.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью