Brüssel metropolitenində atışma baş verib

05.02.2025

Icma.az, Oxu.az portalına istinadən məlumat verir.

Brüssel metropolitenində iki silahlı kişi "Kalaşnikov" avtomatı atəş ilə açıb.

Oxu.Az "El Pais"ə istinadla xəbər verir ki, ilkin məlumata görə, xəsarət alan yoxdur.

Atəş açanların metro tunelləri vasitəsilə hadisə yerindən qaçaraq gizləndikləri və hazırda polis tərəfindən axtarıldıqları bildirilib.

Atışmanın narkotik ticarəti və son vaxtlar Belçika paytaxtında aktivliyi artan mafiya fəaliyyəti ilə əlaqəli ola biləcəyi ehtimal olunur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью